Gündəlik Arxiv: 06 Mart 2021

Gəncə Dövlət Universiteti Heydər Əliyev mərkəzi ilə birlikdə 8 mart – Beynəlxalq qadınlar gününə həsr edilmiş Konfrans keçirdi

Konfransın moderatoru Heydər Əliyev mərkəzinin elmi işçisi Ellazova Gülər xanım tədbiri açıq elan edərkən sözü Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru dosent Fətəliyeva Gülsüm xanıma verdi. Tədbirdə Gəncə Dövlət Universitetinin elmi işlər üzrə prorektoru dosent Pərvin Kərimzadə, bütün fakütələrin humanitar işlər üzrə dekan müavinləri, bayram münasibətilə təltif olunmuş qadın əməkdaşlar və tələbələr iştirak edirdi. […]

Davamı

Universitetimizdə 8 mart – Beynəlxalq qadınlar gününə həsr edilmiş onlayn tədbir keçirilmişdir

Tədbiri Universitetimizin rektoru professor Yusif Yusibov açdı. O Universitetimizin bütün qadın əməkdaşlarını bu gün münasibətilə təbrik etdi və onlara uzun ömür can sağlığı arzu etdi. Tədbirdə Universitetimizin prorektorları, dekanları, kafedra müdirləri də iştirak edirdi. Universitetdə tədris ili ərzində fəallığı ilə seçilmiş qadın əməkdaşları fəxri fərman və təşəkkürlə təltif edildi.

Davamı