Gündəlik Arxiv: 16 Dekabr 2021

15.12.2021-ci il tarixdə İdarəetmə kafedrasının müəllimi İslamova Elnarənin Bank işi fənnindən Biznesin idarə edilməsi ixtisasının III kurs tələbələrinə ” Banklarda valyuta əməliyyatları” mövzusunda açıq dərs keçirilmişdir

Dərsdə kafedra müdiri dos. Zakir Abbasov, baş müəllimlər Səbuhi Ramazanov, Rəhmiyyə İbrahimova, müəllim Gülüstan Fərəcova və fakültəmizin Tədris işləri üzrə dekan müavini Məhərrəm Babayev də iştirak etmişlər. Dərsdə proyektor və müasir tədris texnologiyalarından istifadə edilmişdir.

Davamı

14.12.2021-ci il tarixdə İdarəetmə kafedrasının müəllimi Fərzalıyev Elşadın Statistika fənnindən Menecment ixtisasının II kurs tələbələrinə “Makroiqtisadi göstəricilər statistikası” mövzusunda açıq dərs keçirilmişdir

Dərsdə kafedra müdiri dos. Zakir Abbasov, baş müəllimlər Səbuhi Ramazanov, Rəhmiyyə İbrahimova, müəllim Gülüstan Fərəcova və fakültəmizin Humanitar Məsələlər üzrə dekan müavini Könül Əlizadə də iştirak etmişlər. Dərsdə proyektor və müasir tədris texnologiyalarından istifadə edilmişdir.

Davamı

UNİVERSİTETİN ƏMƏKDAŞLARI KONFRANSDA İŞTİRAK EDİBLƏR

Gəncə Dövlət Universitetinin İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin marketinq mütəxəsisi Maqsud Vəliyev və İdarəetmə kafedrasının müəllimi Kamil Cəfərov 9-10 dekabr 2021 tarixində Bakı şəhəri Qafqaz Point Hotelində təşkil olunmuş Avropa İttifaqının Gənclər proqramı çərçivəsində Sahibkarlıq tədrisi konfrasında iştirak ediblər .Konfransın birinci günü Avstriyalı təlimçilər Kristian Vagner və Johannes Lindler Aİ Gənclərin Yol xəritələri layihəsi, […]

Davamı