Elmi Şura
31 mart 2022-ci il tarixində İqtisadiyyat və idarəetmə fakültəsində növbədənkənar Elmi Şura keçirildi. Şurada İqtisadiyyat kafedrasında boş olan kafedra müdiri vəzifəsini tutmaq üçün ərizə ilə müraciət etmiş Zakir Talıb oğlu Əhmədov həmin vəzifəyə seçilmiş və onun əmrləşdirilməsi rektorluqdan xahiş edilmişdir.