Iqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat kafedrasının dosenti, Gəncə Dövlət Universitetinin Təcrübə və karyera şöbəsinin müdiri Dosent MƏMMƏDOV MAHİR MƏCİD OĞLU 10.06.2018 ci il tarixndə rəhmətə gedib. Fakültə kollektivi adından Mahir müəllimin ailəsinə dərin hüznlə baş sağlığı verir və allahdan səbr diləyirik.
Dosent MƏMMƏDOV MAHİR MƏCİD OĞLU haqqında qısa məlumat.
Məmmədov Mahir Məcid oğlu 1956-cı ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1973-cü ildə Gəncə şəhər 27 saylı orta məktəbi bitirmişdir.
1973-cü ildə indiki Azərbaycan Dövlət İqtisad Universietinin Ümumiqtisad fakültəsinə daxil olmuş və 1978-ci ildə həmin fakültəni Fərqlənmə diplomu ilə bitirmişdir.
1978-ci ilin avqust ayından Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabcılıq İnstitutuna işə gondərilmiş və İqtisadi Tədqiqatlar şöbəsində elmi işçi vəzifəsində çalışmağa başlamışdır.
1979-cu ildə Ukraynanın Krım vilayətinin Yalta şəhərində Ümumittifaq Elmi-Tədqiqat Şərabçılıq və Üzümçülük “Maqarac” Institutunun Iqtisadiyyat şöbəsinin məqsədli aspiranturasına qəbul olunmuş və 1983-cü ldə Kiyev şəhərində Elmi-Tədqiqat İqtisadiyyat institutunda “Aqrar-sənaye birliklərinin iqtisadi-təşkilati idarəetmə strukturlarının optimal parametrlərinin əsaslandirilması”movzusunda namizədlik dissertasiyasını mudafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
1985-1989-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda baş elmi işçi, İqtisadi informasiya bölməsinin müdiri və instutun elmi katibi və elmi şuranın üzvü olmuşdur.
1989-2006-ci illərdə Azərbaycan Texnologiya Universitetinin dosenti, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
2006-ci ildən Gəncə Dövlət Universitetində fəaliyət gostərərək İqtisadiyyat kafedrasının dosenti və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsində işləmişdir.2010-cu ildə təhsil sahəsindəki xidmətlərinə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” adına layiq gorülmüşdür.
Dosent M.M.Məmmədov müxtəlif ölkələrdə nəşr olunmuş coxsaylı elmi əsərlərin nüəllifidir. 100 çaq vərəqi həcmində 130-dan artıq məqalə, tədris və metodiki vəsait onun qələmindən çıxmışdır.Dəfələrlə Moskva, Sank-Peterburq, Kazan, Kiyev, Odessa, Nikolayev, Tbilisi, Qroznı, Mahaçqala, Simferopol, Bakı və Gəncə şəhərində keçirilən elmi-nəzəri və elmi-praktik konfranslarda məruzələrlə çıxış etmişdir.
ALLAH RƏHMƏT ETSİN