Sülh günü
Beynəlxalq Sülh Günü — 21 sentyabr tarixində bütün dünyada qeyd olunan bayram. Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmiş oldu. Bundan əvvəl Azərbaycanda Bilik Günü sentyabrın 1-də keçirilirdi. Fakültəmizdə dərs ilin ilk günü bütün dərslərdə tələbələrlə bilik günü haqqında söhbətlər aparıldı.
11, 14,15 sentyabr 2024-cü il tarixlərində Nizami məğbərəsində Nizami günləri keçirildi. İlk öncə konfrans sonra rəsmi açılış hissəsi, Nizami klassik musdiqidə, Nizami muğam dünyası və 15 sentyabr tarixində Nizami günlərinin bağlanması oldu. Tədbirlərdə şəhər içtimayyəti, qonaqlar və Gəncə Dövlət Universitetinin heyəti fəal iştirak etdi.
3 may 2024-cü il tarixində Gəncə Dövlət Universitetində Beynəlxalq konfrans kecirildi. Açılış Universitetin V korpusunda oldu. Plenar iclasda Şəhər İcra Hakimiyyətinin başcısı, Universitetin rektoru, Türkiyə səfiri və sair mohtəbər qonaqlar, müxtəlif ölkə nümayəndələri iştirak edirdilər. Konfransın II hissəsi korpuslarda keçirildi İqtisadiyyat və idarəetmə fakültəsində Benəlxalq konfrans İqtisadiyyat bölməsi üzrə davam etdi.
Azərbaycanın Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Ümummilli lider Heydər Əliyev irsinin tədqıqı və təbliği , azərbaycançılıq ideyasının həyata keçirilməsi , ölkənin sosial-iqtisadi ,elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub. Təbrik edirik cənab rektor! Uğurlarınız daimi və davamlı olsun!
23.04.2024-cü il tarixdə İqtisasiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat və Mühasibat ixtisaslarının qrafiklərinə uyğun olaraq 2024/2025 -ci tədris ili üçün seçmə fənlərin seçilməsi həyata keçirilmişdir 24.04.2024-cü il tarixdə İqtisadiyyat və idarəetmə fakültəsinin növbəti Turizm işinin təşkili və Biznesin idarə edilməsi ixtisaslarının qrafiklərinə uyğun olaraq 2024/2025-ci tədris ili üçün seçmə fənlərin seçilməsi təşkil olunmuşdur
23.04.2024-cü il tarixdə İqtisasiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat və Mühasibat ixtisaslarının qrafiklərinə uyğun olaraq 2024/2025 -ci tədris ili üçün seçmə fənlərin seçilməsi həyata keçirilmişdir
25 aprel 2024-cü il tarixində İqisadiyyat kafedrasının baş müəllimi i.f.d., Rəhimov Kənan Kamal oğlunun “İnklüziv və dayanıqlı inkişaf üçün yeni reallıqlar. BÖYÜK QAYIDIŞ” mövzusunda elmi-nəzəri seminar keçiriləcək.