Fakültədə Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbiri keçirildi

Fakültədə Xocalı soyqırımının ildönümü münasibətilə fakültə rəhbərliyi, TGT, TEC, THİK-nın birgə əməkdaşlığı ilə anım tədbiri təşkil olunmuşdur. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Anım tədbirində Humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos. Məsim Abadov, Menecment və turizm işi kafedrasının müdiri […]

Davamı

Su Çərşənbəsi – baharın müjdəçisi

Su Çərşənbəsi Azərbaycan xalqının qədim inanclarına əsaslanan və Novruz bayramına aparan dörd çərşənbənin birincisidir. Xalq arasında “Əzəl çərşənbə” və ya “Gözəl çərşənbə” də adlandırılır. Bu çərşənbə suyun təmizləyici, dirildici və yeniləyici gücünü simvolizə edir.İnanca görə, Su Çərşənbəsində sular təzələnir, təbiət oyanmağa başlayır, insanlar su ilə paklanaraq yeni ilə ruhi və mənəvi hazırlıq görürlər. Bu gün […]

Davamı

Xocalı Soyqırımının Anım Günü ilə bağlı fakültədə tədbir keçiriləcək

Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar fakültəmizdə anım tədbiri keçiriləcək.Tədbirin məqsədi Xocalı faciəsinin tarixi mahiyyətini bir daha xatırlatmaq, bu insanlıq əleyhinə törədilmiş cinayət haqqında gənclər arasında maarifləndirməni artırmaq və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etməkdir. Tədbir 24 fevral 2026-cı il saat 15:00-da təşkil olunacaq. Tədbirdə fakültə rəhbərliyi, professor-müəllim heyəti […]

Davamı

Gənc iqtisadçıların bilik sınağı: “İqtisadçı” intellektual bilik yarışı

Fakültə rəhbərliyi, TGT, TEC, THİK-nın birgə əməkdaşlığı ilə tələbələrin iqtisadi biliklərinin artırılması, analitik düşüncə və sağlam rəqabət mühitinin formalaşdırılması məqsədilə “İqtisadçı” intellektual bilik yarışı təşkil olunmuşdur. Yarışın aparcısı və təşkilatçılarından olan “İdarəetmə” kafedrasının müəllimi Yusif Bayramov iştirakçılara yarışın qaydalarını izah etmişdir. Yarış zamanı iştirakçılar iqtisadiyyatın əsas anlayışları, bazar münasibətləri, maliyyə savadlılığı və aktual iqtisadi mövzular, […]

Davamı

ANA DİLİ – milli kimliyin, iqtisadi düşüncənin və idarəetmənin təməli

“21 fevral – Ana Dili Günü” cəmiyyətin mədəni və intellektual inkişafında dilin rolunu dəyərləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda sosial-iqtisadi proseslərin qavranılması, elmi biliklərin ötürülməsi və idarəetmə mexanizmlərinin formalaşdırılması üçün əsas vasitədir. Bu baxımdan ana dilinin qorunması və inkişafı iqtisadiyyat və idarəetmə sahələri üçün də aktual məsələdir. İqtisadi […]

Davamı

TƏLƏBƏ FƏALLIĞININ NÜMUNƏSİ:tələbəmiz il ərzində TGT-də fəallığı ilə fərqləndi

İqtisadiyyat və idarəetmə fakültəsi “Turizm işinin təşkili” ixtisasının I kurs tələbəsi Azər Cəfərli 2025-ci il ərzində Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) tərkibində fəaliyyət göstərən Tələbə Klubları çərçivəsində tələbələrin təhsildənkənar fəaliyyətinin təşkili və həyata keçirilməsində fəal iştirak etmişdir. O, müxtəlif tədbirlərin planlaşdırılması, təşkilati işlərin icrası və tələbələrin ictimai həyata cəlb olunmasında xüsusi təşəbbüskarlıq nümayiş […]

Davamı

TƏLƏBƏMİZİN UĞURU: tələbə qızımız taekvondoda bürünc medal qazanıb

“İqtisadiyyat və idarəetmə” fakültəsinin “Biznesin idarə edilməsi” ixtisasının I kurs tələbəsi Elnarə Hüseynova “Taekvando” idman növü üzrə Hövsan FHN İdman Sağlamlıq Mərkəzində keçirilən böyüklər arasında keçirilən ölkə çempionatı yarışında 67 kq çəki dərəcəsində uğurlu çıxış edərək bürünc medala layiq görülüb.O, yarış boyunca yüksək əzmkarlıq, peşəkarlıq və idman ruhu nümayiş etdirərək rəqibləri üzərində üstünlük qazanıb. Bu […]

Davamı

YENİ UĞURLARA DOĞRU: 2025–2026-cı tədris ilinin yaz semestri başladı

Yaz semestri tələbələr üçün bilik və bacarıqların daha da dərinləşdirilməsi, elmi-tədqiqat fəaliyyətinə fəal qoşulma, innovativ düşüncə və peşəkar inkişaf baxımından mühüm mərhələdir. Bu semestr ərzində tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, müasir tədris metodlarının tətbiqi, tələbəyönümlü yanaşmanın gücləndirilməsi əsas prioritetlərdəndir.Semestr çərçivəsində mühazirə və seminarlarla yanaşı, praktiki məşğələlər, elmi konfranslar, maarifləndirici tədbirlər və sosial layihələrin keçirilməsi nəzərdə tutulur. […]

Davamı

Fakültəmizdə Elmi Şuranın iclası keçirildi

İqtisadiyyat və idarəetmə fakültəsində 12 fevral 2026-cı  il tarixdə Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclasda fakültənin 2025/2026-cı tədris ilinin  qış imtahan sessiyalarının yekunları və fakültənin qarşısında duran vəzifələr,  “Turizm işinin təşkili” ixtisası IV kurs tələbələrinin buraxılış işlərinin  icra vəziyyəti, cari tədris ilinin qış imtahan sessiyasında yaranmış akademik  borcların və kreditlərin ödənilməsinin təşkili, müsabiqə yolu ilə professor-müəllim heyətinin […]

Davamı

GDU-da elektron kitabxana istifadəyə verildi

Gəncə Dövlət Universitetində müasir standartlara cavab verən elektronlaşdırılmış kitabxana istifadəyə verilib. Artıq tələbələr və akademik heyət Gəncə Dövlət Universitetinin saytına (gdu.edu.az) daxil olduqdan sonra “Elektron kitabxana” linki (gdu.empro.az) vasitəsilə zəngin, müasir təlabata uyğun kitab fondu ilə tanış ola biləcəklər. Universitet kitabxanasının mövcud məlumat bazasında yer alan nəşrlər mərhələli şəkildə elektron kitabxana sisteminə daxil ediləcək. Əsas […]

Davamı