8 Mart Beynəlxalq Qadınlar Bayramı

Gəncə Dövlət Universitetinin  rəhbərliyi tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə təşkil olunmuş tədbirdə tədris prosesində səmərəli fəaliyyətinə görə fakültənin, eləcə də Universitetin içtimai həyatında, həmçinin şəhər miqyaslı tədbirlərdə fəal iştirakına görə fakültənin professor-müəllim heyəti və tələbə kontingenti ilə nümunəvi davranış manerasına görə İqtisadiyyat və idarəetmə fakültəsinin aşağıda adları göstərilən əməkdaşları 8 mart Beynəlxalq Qadınlar […]

Davamı

İntellektual yarış

6.03.2017-ci il tarixdə Fakültə  Azad Tələbə Həmkarlar İttifaqı təşkilatının təşəbbüsü ilə İntellektual yarış keçirildi.Yarışda 5 nəfərdən ibarət 7 komanda iştirak edirdi.1-ci yerə  EL-primero    komandası, 2-ci yerə Turizmçilər  komandası  ,3-cü yerə Hiko komandası   layiq görüldü. Qaliblər Fəxri Fərman və xüsusi hədiyyələrlə mükafatlandırıldılar.  

Davamı

Od çərşənbəniz mübarək!

Bu gün İlaxır çərşənbələrdən ikincisi Od çərşənbəsidir. Bu çərşənbə xalq arasında üskü çərşənbə, Adlı çərşənbə kimi də tanınır. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar – bezarları yandırırlar. Od çərşənbəsi əski görüşlərlə bağlı olub Günəşi, odu […]

Davamı

Tələbə Gənclər Turizm Klubu

  Azərbaycan Respublikası Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin turizm sahəsində kadr hazırlayan təhsil müəssisələrinin işinin daha da gücləndirilməsi istiqamətində birgə fəaliyyət planından irəli gələn müddəalara əsəsan fakültədən “Turizm və otelçilik” ixtisasında təhsil alan tələbələrin turizm bələdçiləri kimi hazırlanması və turizm sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə “Tələbə Gənclər Turizm Klubu” yaradılır. Klubun […]

Davamı

Fakültə Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinə sədr seçkisi…

Fakültəmizin Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi  elm və təhsilin yüksək səviyyədə təşkilində, nizam-intizamın möhkəmlənməsində, mədəni kütləvi tədbirlərin həyata keçirilməsində, tələbələrin asudə vaxtlarının səmərəli istifadə olunmasında iş planına uyğun olaraq ardıcıl işlər görür. Bu vəzifəni 2013/2014-cü tədris ilindən 2016/2017-ci tədris ilinədək Menecment ixtisasının hal-hazırda IV kurs tələbəsi olan Cənnətəliyev Vüsal Hüsamədin oğlu icra etmişdir.Vusalın buraxılış kurs […]

Davamı

Xocalı Soyqırımı-Qan Yaddaşımız…

23.02.2017-ci il tarixdə İqtisadiyyat və İdarəetmə fakultəsində  “Xocalı Soyqırımı-XX əsrin faciəsi” adlı tədbir keçirilmişdir. “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.” Heydər Əliyev Tədbirin ssenarisini sizlərin diqqətinə çatdırırq: Gəncə Dövlət Universiteti İqtisadiyyat […]

Davamı

Su Çərşənbəniz Mübarək!

Böyük çillədən sonra Novruzun gəlişinin ilk müjdəçilərindən biri çərşənbələrdir. Bayram məhz çərşənbələrdən başlayır. Bu gün birinci – su çərşənbəsidir. Bu çərşənbəyə “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyirlər       Novruz bizim diyara su çərşənbəsi ilə qədəm qoyur  Su çərşənbəsi suyun təzələnməsi kimi anlaşıldığından həmin gün bütün mərasimlər su ilə bağlı olur. İnsanlar həmin gün […]

Davamı

Payız semestrinin imtahan sessiyası yekunlaşdı…

2016/2017-ci il payız semestrinin imtahan sessiyası uğurla başa çatmışdır.İmtahan sessiyasında  İqtisadiyyat və idarəetmə fakültəsindən 596 nəfər tələbə iştirak edib.Fakültə üzrə imtahan sessiyasında müvəffəqiyyət göstəricisi 90.2%, keyfiyyət göstəricisi isə 14.4% olmuşdur. İmtahan sessiyasında 37 nəfər tələbə bütün fənlərdən əla qiymət almışdır ki, bu da tələbə kontingentinin 5.7%-ni təşkil edir. Tələbələrimizə qarşıdan gələn yaz semestrində uğurlar arzu […]

Davamı

20 Yanvar-tariximizin qəhrəmanlıq səhifəsidir

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. Azərbaycanın azadlığı və ərazi bütövlüyü […]

Davamı