“Vergilər” mövzusunda tələbə və magistrantlar arasında XI olimpiadaya yekun vurulub…
May ayının 5-də Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində ölkəmizin 17 ali məktəbinin 300-dən yuxarı tələbə və magistrantının iştirak etdiyi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda 11-ci olimpiadanın yekun mərhələsi keçirilib. Vergilər nazirinin müşaviri, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov Olimpiada iştirakçılarını […]