Kateqoriya Arxivləri: Tələbə həyatı

GDU-da “Məzun Günü” keçirilib.

Gəncə Dövlət Universitetində (GDU) “Məzun Günü” keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi anılıb. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop, Vətən müharibəsi qaziləri, şəhid ailə üzvləri, […]

Davamı

“İqtisadiyyat və idarəetmə” fakültəsinin TGT sədri Nuray Əkbərova “İlin Tələbəsi” Seçilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi, fakültə Tələbə Gənclər Təşkilatının (TGT) sədri Nuray Əkbərova növbəti uğura imza atıb. Nuray Ələkbərova 2025-ci il ərzində universitetin Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi müxtəlif yerli və regional layihələrdə, sosial təşəbbüslərdə, eləcə də intellektual yarışlarda nümayiş etdirdiyi yüksək fəallığa görə “İlin tələbəsi” fəxri adına layiq görülmüşdür. Təhsil aldığı […]

Davamı

Tələbələrin istehsalat təcrübəsinin yekun hesabatları dinlənilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin “Menecment və turizm işi” kafedrasında növbəti mühüm tədbir keçirilib. akültənin “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan IV kurs tələbələri istehsalat təcrübəsinin yekunlarına dair hesabat işlərini təqdim ediblər. Tələbələr təcrübə müddətində regionun aparıcı hotelçilik müəssisələrindən biri olan “Gəncə Premium Hotel”, “Leon Hotel”, “Gəncə Hotel”də qazandıqları praktiki bilikləri, xidmət […]

Davamı

Gənc Tədqiqatçıların elmi uğuru: GDU-da Konfrans qalibləri mükafatlandırılıb

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi ilə Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə ölkə iqtisadiyyatının müasir və prioritet istiqamətlərindən birinə həsr olunmuş “Qeyri-neft sektorunun dayanıqlılığı: müasir çağırışlar və inkişaf perspektivləri” mövzusunda 6 may 2026-cı il tarixdə elmi-praktik konfrans keçirilmişdir. Tədbirin əsas məqsədi ölkə iqtisadiyyatının diversifikasiyası prosesində gənclərin elmi potensialını üzə çıxarmaq və onların […]

Davamı

Tələbələrimizdən növbəti uğur: yarışda iştirak edib, yer qazandılar

Fakültəmizin tələbələri şəhərin ictimai və intellektual həyatında aktiv fəaliyyətlərini və uğurlarını davam etdirirlər. Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin istedadlı tələbələri GDU nəzdində fəaliyyət göstərən Gəncə Gənclər Evində təşkil olunmuş intellektual yarışda uğurla iştirak ediblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışmada fakültəmizin komandası yüksək bilik və bacarıqları, dünyagörüşləri və çevik düşüncə qabiliyyətləri ilə xüsusi fərqləniblər. […]

Davamı

İqtisadiyyat və İdarəetmə fakültəsi “Fakültələrin Tarix Yolu” layihəsini uğurla başa vurdu

Gəncə Dövlət Universitetində (GDU) tələbələrin böyük marağına səbəb olan “Fakültələrin Tarix Yolu” layihəsi uğurla başa çatıb. Layihə çərçivəsində İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbələri tərəfindən xüsusi videoçarx hazırlanıb. Yaradıcı yanaşma ilə ərsəyə gələn videoçarxda fakültənin yarandığı gündən bu yana keçdiyi zəngin inkişaf yolu, tarixi formalaşma mərhələləri və qazandığı mühüm uğurlar geniş və dolğun şəkildə əks olunub. […]

Davamı

Gərgin intellektual mübarizə: “Vergi güzəştləri iqtisadi inkişafı sürətləndirir” debatının qalibi bəlli oldu

“İqtisadiyyat və idarəetmə” fakültəsində əhəmiyyətli dərəcədə maraqlı debat baş tutub. Debatın mövzusu dünyasında hər zaman aktuallığını qoruyan “Vergi güzəştləri iqtisadi inkişaf sürətləndirir” tezisi olub. Debatı fakültə dekanı dosent Məsim Abadov, kafedra müdirləri – dosent Zakir Əhmədov, dosent Afəddin Həmidov, komandaların rəhbər müəllimləri baş müəllim Vəfa Quliyeva, Kamil Cəfərov və fakültənin müəllim-tələbə heyəti izləmişlər. Tamamilə obyektiv […]

Davamı

İqtisadiyyat və idarəetmə fakültəsində intellektual debata start verilir

Fakültəmizdə tələbələrin elmi-intellektual fəallığının artırılması və onların diskussiya mədəniyyətinin formalaşdırılması məqsədilə növbəti tədbir keçiriləcək. Fakültənin “İqtisadiyyat” kafedrasının baş müəllimi Vəfa Quliyevanın rəhbərliyi və təşkilatçılığı ilə tələbələr arasında aktual iqtisadi mövzuya həsr olunmuş debat təşkil olunur. Debatın əsas müzakirə mövzusu “Vergi güzəştləri iqtisadi inkişafı sürətləndirir” tezisidir. Gərgin və maraqlı keçəcəyi gözlənilən intellektual qarşıdurmada iki güclü komanda […]

Davamı

İqtisadiyyat və idarəetmə fakültəsində empirik təhlillərə əsaslanan elmi seminar keçirilib

“İqtisadiyyat” kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Kənan Rəhimovun “Azərbaycanda emal sənayesinin inkişaf dinamikası və dövlət investisiyalarının təsiri: empirik təhlil (2005–2024)” mövzusunda elmi-nəzəri seminarı baş tutmuşdur. Seminarda fakültə rəhbərliyi, kafedra müdürləri, müəllim və tələbə heyəti iştirak etmişlər. Seminarda Azərbaycanın emal sənayesinin inkişaf dinamikası, dövlət investisiyalarının sənaye istehsalına təsiri və bu təsirin ekonometrik üsullarla qiymətləndirilməsi […]

Davamı

Universitet Kitabxana-İnformasiya Mərkəzi: bilik və tədqiqatın yeni ünvanı

Universitetimizin Kitabxana-İnformasiya Mərkəzi (KİM) tələbə və müəllim heyətinin akademik fəaliyyətini dəstəkləmək, elmi araşdırmaların keyfiyyətini artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək məqsədilə fakültələrdə genişmiqyaslı maarifləndirmə tədbirlərinə start vermişdir. Mərkəzimiz müasir təhsilin tələblərinə uyğun olaraq həm fiziki, həm də rəqəmsal resursları ilə oxucuların xidmətindədir. Kitabxana yalnız kitab saxlancı deyil, həm də dinamik bir araşdırma mərkəzidir. Burada təklif […]

Davamı