SOS uşaq kəndi

17 dekabr 2025-ci il tarixində İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri Kazımov Xəqani müəllimin rəhbərliyi ilə SOS uşaq kəndinə getmişlər. Onlar Yeni il hədiyyələrini uşaqlara təqdim etmiş, uşaqlarla oyunlar təşkil etmiş və maraqlı vaxt keçirmişlər

Davamı

Açıq dərs

16 dekabr 2025-ci il tarixində Menecment və turizm işi kafedrasının baş müəllimi Gülnara Turabovanın Marketinq ixtisası IV kurs tələbələrinə Logistika fənnindən Nəqliyyat və logistika mövzusunda açıq dərsi keçirildi.   Logistika qarşısında qoyulmuş məqsədlərə optimal resurs məsrəfləri ilə çatmaq üçün bir mənbədən son istehlakçıya qədər material, informasiya və maliyyə axınlarının təşkil edilməsi, idarə edilməsi və hərəkətinin optimallaşdırılması […]

Davamı

Açıq dərs

16 dekabr 2025-ci il tarixində İqtisadiyyat kafedrasının müəllimi Kərimova Aygün Nürəddin qızının Turizm işinin təşkili I kurs tələbələrinə Mikroiqtisadiyyat fənnindən “İstehsal xərcləri və mənfəət” mövzusunda açıq dərsi oldu. Mövzuda istehsal xərcləri anlayışı, onu mahiyyəti haqqında bəhs olunur. İsteh. x-lərinin quruluşu, onun daxili elementləri, necə təsnifləşdirilməsi öyrənilir.Firmaların qısa və uzun müddətli dövrlərdə fəaliyyətləri və xərcləri haqqında […]

Davamı

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür

Xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər […]

Davamı

Elmi-nəzəri seminar

11 dekabr 2025-ci il tarixində İdarəetmə kafedrasının baş müəllimi İbrahimova Rəhmiyə Ramiz qızının “Gömrük siyasətində innovasiyalar. Qırmızı vı yaşıl dəhliz modelinin gələcəyi” mövzunda elmi-nəzəri seminarı oldu. Seminarda kafedranın müəllimləri iştirak etdilər.

Davamı

YENİ BİR FİKRİM VAR

9 dekabr 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamentinin təşkil etdiyi ” Yeni bir fikrim var 2″ müsabiqəsinin final mərhələsində bizim Biznesin idarə edilməsi II tələbəsi Məmişzadə Cahid iştirak edərək III yer tutmuşdur. Tələbə Universitetin rektoru,, professor Yusif Yusibov tərəfindən sertifikatla təltif edilmişdir. Uğurların bol olsun Cahid !

Davamı

Açıq dərs

8 dekabr 2025-ci il tarixində İqtisadiyyat və idarəetmə fakültəsində Xarıcı dillər kafdrasının müəllimi Quliyeva Nigar Elçin qızının XDİAK fənnindən Present Perfect Tense mövzusunda açıq dərsi keçdi. Dərsdə dekan dosent Məsim Abadov, kafedra müdiri Zahirə Əliyeva və müəllimlər iştirak etdilər.

Davamı

Açıq dərs

5 dekabr 2025-c il tarixində İdarəetmə kafedrasının müəliimi Mehdiyeva Ulduz Elçin qızının Firmanın idarəediməsi fənnindən Biznesin idarə edilməsi ixtisası II kurs tələbələrinə Firmanın marketinq fəaliyyəti və məhsulun satışı mövzusunda çıq dərsi oldu. Firmanın marketinq fəaliyyəti bazar tələbatını öyrənərək müştərilərə uyğun məhsul və xidmətlərin təklif olunmasına yönəlir və bu fəaliyyətin əsas xüsusiyyəti rəqabət üstünlüyü yaratmaqdır. Marketinq […]

Davamı

Elmi Şura

28 noyabr 2025-ci il tarixində İqtisadiyyat və idarəetmə fakültəsində Elmi Şura oldu. İqtisadiyyat kafedrasında 2025-ci il üçün planlaşdırılmış elmı-tədqiqat  işlərinin     yerinə yetirilməsi gedişi haqqında 2. Fakültənin professor-müəllim və  tələbə heyəti arasında əmək və tədris     intizamlarının vəziyyəti 3  Kafedralarda tədris olunan fənlər üzrə aparılmış       kollokviumların nəticələri 4. Fakültə  Metodiki qrupunun  fəaliyyəti haqqında 5. Müsabiqə […]

Davamı

Menecment və turizm işi kafedrasında kafedra müdiri seçkisi

28 noyabr 2025-ci il tarixində Menecment və turizm işi kafedrasında iclas keçirildi. İclasda başqa məsələlərlə bərabər kafedra müdiri seçkisi olduğu üçün sədrliyi fakültə dekanı, dosent Məsim Abadov edirdi. İclasın katibi səsvermə yolu ilə kafedranın müəllimi Məmmədova Elmira seçildi. İclasda müzakirələr getdi, cıxışlar oldu və sonda yekdilliklə kafedra müdiri vəzifəsinə ərizə ilə müraciət etmiş və namizədliyini […]

Davamı