Kateqoriya Arxivləri: Fakültə haqqında

GDU-da “Məzun Günü” keçirilib.

Gəncə Dövlət Universitetində (GDU) “Məzun Günü” keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi anılıb. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop, Vətən müharibəsi qaziləri, şəhid ailə üzvləri, […]

Davamı

 Yaz SEMESTRİNİN İMTAHAN SESSİYASI DAVAM EDİR

Gəncə Dövlət Universitetində 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla davam edir.  01 iyun 2026-cı il tarixdən etibarən yazılı formada keçirilən imtahanlar artıq yekunlaşıb, 8 iyun tarixdən isə test üsulunda imtahanların keçirilməsinə başlanılıb. Bütün imtahanlar kameralarla təhciz olunmuş auditoriyalarda keçirilir və imtahanların gedişi izlənilir. Test formasında keçirilən imtahanlar 22 iyun 2026-cı il tarixədək davam […]

Davamı

“İqtisadiyyat və idarəetmə” fakültəsinin TGT sədri Nuray Əkbərova “İlin Tələbəsi” Seçilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi, fakültə Tələbə Gənclər Təşkilatının (TGT) sədri Nuray Əkbərova növbəti uğura imza atıb. Nuray Ələkbərova 2025-ci il ərzində universitetin Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi müxtəlif yerli və regional layihələrdə, sosial təşəbbüslərdə, eləcə də intellektual yarışlarda nümayiş etdirdiyi yüksək fəallığa görə “İlin tələbəsi” fəxri adına layiq görülmüşdür. Təhsil aldığı […]

Davamı

Tələbələrin istehsalat təcrübəsinin yekun hesabatları dinlənilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin “Menecment və turizm işi” kafedrasında növbəti mühüm tədbir keçirilib. akültənin “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan IV kurs tələbələri istehsalat təcrübəsinin yekunlarına dair hesabat işlərini təqdim ediblər. Tələbələr təcrübə müddətində regionun aparıcı hotelçilik müəssisələrindən biri olan “Gəncə Premium Hotel”, “Leon Hotel”, “Gəncə Hotel”də qazandıqları praktiki bilikləri, xidmət […]

Davamı

Gənc Tədqiqatçıların elmi uğuru: GDU-da Konfrans qalibləri mükafatlandırılıb

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi ilə Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə ölkə iqtisadiyyatının müasir və prioritet istiqamətlərindən birinə həsr olunmuş “Qeyri-neft sektorunun dayanıqlılığı: müasir çağırışlar və inkişaf perspektivləri” mövzusunda 6 may 2026-cı il tarixdə elmi-praktik konfrans keçirilmişdir. Tədbirin əsas məqsədi ölkə iqtisadiyyatının diversifikasiyası prosesində gənclərin elmi potensialını üzə çıxarmaq və onların […]

Davamı

Müqəddəs Qurban bayramınız mübarək!

Hörmətli müəllimlər, əməkdaşlar və əziz tələbələr! Sizi sülhün, mənəvi saflığın, xeyirxahlığın və həmrəyliyin rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanlığı adından səmimi qəlbdən təbrik edirik! Qurban bayramı insanlar arasında rəhm və şəfqət hisslərini gücləndirən, birliyi, bərabərliyi və yardımlaşmanı təşviq edən ən əziz günlərdən biridir. Bu mübarək günlərdə kəsilən qurbanların, edilən duaların […]

Davamı

Fakültəmizdə magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib.

İqtisadiyyat və idarəetmə fakültəsində Magistratura pilləsində təhsil alan tələbələrin elmi-tədqiqat işlərinin keyfiyyətinin artırılması və müdafiə prosesinə hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə ilkin müzakirə mərhələsi keçirilmişdir. Keçirilən görüşdə fakültə tərkibində fəaliyyət göstərən kafedraların müdirləri, magistrantların elmi rəhbərləri və professor-müəllim heyəti iştirak etmişlər. Görüşün əsas məqsədi magistrantların dissertasiya işlərinin mövcud vəziyyətini qiymətləndirmək və növbəti əsas müdafiə mərhələsinə keçid […]

Davamı

Mürəkkəb sistemlərin tədqiqində sistem dinamikası metodologiyası: Elmi tədqiqatlarda tətbiq imkanları və perspektivlər

Müasir elmi tədqiqatların qarşısında duran ən böyük çətinliklərdən biri, tədqiqat obyektlərinin xətti olmayan (non-linear), çoxfaktorlu və dinamik xarakter daşımasıdır. Fakültəmizin “Menecment və turizm işi” kafedrasının müəllimi, iqtisad elmləri doktoru, professor əvəzi Mayıs Gülalıyev “Elmi tədqiqatlarda sistem dinamikası metodlarının tətbiqi imkanları” mövzusunda elmi-nəzəri seminar təşkil etmişdir. Seminarda fakültə rəhbərliyi, professor-müəllim heyəti iştirak etmişlər. Məruzəçi sistem dinamikası, mürəkkəb […]

Davamı

Tələbələrimizdən növbəti uğur: yarışda iştirak edib, yer qazandılar

Fakültəmizin tələbələri şəhərin ictimai və intellektual həyatında aktiv fəaliyyətlərini və uğurlarını davam etdirirlər. Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin istedadlı tələbələri GDU nəzdində fəaliyyət göstərən Gəncə Gənclər Evində təşkil olunmuş intellektual yarışda uğurla iştirak ediblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışmada fakültəmizin komandası yüksək bilik və bacarıqları, dünyagörüşləri və çevik düşüncə qabiliyyətləri ilə xüsusi fərqləniblər. […]

Davamı

Gərgin intellektual mübarizə: “Vergi güzəştləri iqtisadi inkişafı sürətləndirir” debatının qalibi bəlli oldu

“İqtisadiyyat və idarəetmə” fakültəsində əhəmiyyətli dərəcədə maraqlı debat baş tutub. Debatın mövzusu dünyasında hər zaman aktuallığını qoruyan “Vergi güzəştləri iqtisadi inkişaf sürətləndirir” tezisi olub. Debatı fakültə dekanı dosent Məsim Abadov, kafedra müdirləri – dosent Zakir Əhmədov, dosent Afəddin Həmidov, komandaların rəhbər müəllimləri baş müəllim Vəfa Quliyeva, Kamil Cəfərov və fakültənin müəllim-tələbə heyəti izləmişlər. Tamamilə obyektiv […]

Davamı