Kateqoriya Arxivləri: Professor-müəllim

Tələbəmizdən strateji innovasiya: Cahid Məmişzadə və “AELSA” Layihəsi

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsi təkcə akademik nailiyyətləri ilə deyil, həm də innovativ ideyalara sahib olan yaradıcı gəncləri ilə diqqət mərkəzindədir. Fakültənin 2-ci kurs tələbəsi, öz aktivliyi və təşkilatçılıq qabiliyyəti ilə seçilən Cahid Məmişzadənin rəhbərliyi altında hazırlanan “AELSA” start-up layihəsi ölkəmizin müdafiə və fövqəladə hallar sahəsinə yeni bir baxış bucağı gətirir. Cahid Məmişzadə […]

Davamı

“Menecment və turizm işi” kafedrasında növbəti iclas keçirilib.

24 aprel 2026-cı il tarixində Menecment və turizm işi kafedrasının növbəti iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələ yaz semestri üzrə dərs yüklərinin icra vəziyyəti və qarşıdan gələn imtahan sessiyasına hazırlıq işləri olub. İclas zamanı aşağıdakı mühüm məsələlər ətrafında müzakirələr aparılıb: Tədrisin keyfiyyəti: Yaz semestrində kafedra üzrə dərs yüklərinin yerinə yetirilmə gedişi təhlil edilib. Eyni […]

Davamı

Tələbələr gələcək tədris planlarını müəyyən edirlər: Seçmə Fənlərin qeydiyyatı tamamlandı

Tələbələrin iştirakı ilə növbəti tədris ili üçün seçmə fənlərin müəyyənləşdirilməsi prosesi keçirilib. Fakültəmizdə tədrisin keyfiyyətinin artırılması və tələbəyönümlü təhsil mühitinin inkişaf etdirilməsi məqsədilə 20-23 aprel tarixlərində növbəti tədris ili üçün seçmə fənlərin müəyyənləşdirilməsi prosesi həyata keçirilib. Proses zamanı tələbələrə təklif olunan fənlərin məzmunu, onların gələcək karyera imkanlarına təsiri və ixtisas biliklərinin dərinləşməsindəki rolu barədə ətraflı […]

Davamı

Rəqəmsal gələcəyə gənclərin baxışı: İqtisadiyyat və İdarəetmə fakültəsində TEC xətti ilə dəyirmi masa keçirildi

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində tələbələrin elmi-tədqiqat fəaliyyətini stimullaşdırmaq və müasir texnoloji trendləri müzakirə etmək məqsədilə Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti üzrə növbəti dəyirmi masa təşkil olunub. “Gənclərin ideyası: rəqəmsal gələcəyin əsası” mövzusuna həsr olunmuş tədbir, fakültə TEC sədri Musayeva Güləsər və elmi rəhbər Quliyeva Könül müəllimənin rəhbərliyi ilə baş tutub. Tədbirdə fakültə […]

Davamı

İqtisadiyyat kafedrasında tədrisin keyfiyyəti və imtahan sessiyasına hazırlıq məsələləri müzakirə olunub.

20 aprel 2026-cı il tarixdə İqtisadiyyat kafedrasının iclası baş tutmuşdur. Kafedra müdiri dosent Zakir Əhmədov və iclasda iştirak edən müəllim heyəti bakalavriat və magistratura səviyyələri üzrə tədrisin təşkili, eləcə də qarşıdan gələn imtahan sessiyasına hazırlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar. Həmçinin, bakalavriat və magistratura tədris planlarında yer alan seçmə fənlərin yenidən müəyyənləşdirilməsi müzakirə edilib. […]

Davamı

Biznes tələbələri üçün açıq dərs: müasir biznesdə logistika və tədarük zənciri idarəetməsinin mahiyyəti

“İdarəetmə” fakültəsinin müəllimi Lamiə Babayeva “Biznesin idarə edilməsi” tələbələri üçün (III kurs) “Tədarük zəncirinin idarə edilməsi prosesi və logistikanın mahiyyəti” mövzusunda açıq dərs təşkil etmişdir. Dərsdə fakültə dekanı dosent Məsim Abadov, kafedranın müdiri dosent Afəddin Həmidov, dekan müavini Xəqani Kazımov, müəllim Kamil Cəfərov, müəllim Elnarə İslamova, müəllim Gülşən Tağıyeva iştirak etmişlər. Qeyd olunub ki, tədarük zənciri […]

Davamı

AÇIQ DƏRS: “Turist xidməti istehlakçılarının marketinq tədqiqi”

“Menecment və turizm işi” kafedrasının müəllimi Mətanət İsmayılova “Turizm marketinqi” fənnindən “Turist xidməti istehlakçılarının marketinq tədqiqi” mövzusunda “Turizm bələdçiliyi” ixtisasının (I kurs) tələbələrinə açıq dərsi təşkil etmişdir. Dərsdə fakültə dekanı dosent Məsim Abadov, kafedranın müdiri dosent Əli Allahverdiyev, müəllim Gülnarə Bağırova, müəllim Gülşən Tağıyeva iştirak etmişlər. Açıq dərs zamanı müasir turizm bazarında istehlakçı seçiminin formalaşmasına […]

Davamı

Gələcəyin iqtisadçıları üçün müasir yatırım dərsləri: InvestAZ mütəxəssislərindən Master Klass

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində tələbələrin praktiki biliklərinin artırılması və maliyyə bazarları ilə yaxından tanışlığı məqsədilə “Müasir yatırım imkanları” mövzusunda genişmiqyaslı Master Klass təşkil olunub. Tədbir iqtisadiyyatın müasir trendlərini izləmək və gənc mütəxəssislərin maliyyə savadlılığını yüksəltmək baxımından böyük maraqla qarşılanıb. Master Klass çərçivəsində ilk olaraq “InvestAZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analitika departamentinin […]

Davamı

Akademik heyətimizin uğuru: Nərmin Həsənovanın uğurlu elmi müdafiəsi.

İqtisadiyyat və İdarəetmə fakültəsinin “İqtisadiyyat” kafedrasının müəllimi Nərmin Həsənova iqtisad elmləri üzrə fəlsəfə doktoru ünvanı almaq üçün dissertasiya işini uğurla müdafiə etmişdir. Uzunmüddətli elmi araşdırmaların, gərgin əməyin və fədakar fəaliyyətin bəhrəsi olan bu nailiyyət həm müəllimimiz, həm də fakültəmiz üçün qürurvericidir. Bu elmi dərəcə onun iqtisad elminə verəcəyi töhfələrin yeni bir mərhələsidir. Tələbələrinə hər zaman […]

Davamı

Menecment fənni üzrə açıq dərs: “Problemin səmərəli həlli proseduru və mübahisəli qərarlar”

Fakültəmizin “Menecment və turizm işi” kafedrasının müəllimi  Sevinc Quliyeva“Menecment” fənni çərçivəsində olduqca aktual və praktiki əhəmiyyət kəsb edən “Problemin səmərəli həlli proseduru: Mübahisəli qərar” mövzusunda “Biznesin idarə edilməsi” ixtisasına (II kurs) açıq dərs keçirmişdir. Dərsdə fakültə dekanı, dosent Məsim Abadov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, “Menecment və turizm işi” kafedrasının müdiri, dosent, iqtisad […]

Davamı