Kateqoriya Arxivləri: Professor-müəllim

Universitet Kitabxana-İnformasiya Mərkəzi: bilik və tədqiqatın yeni ünvanı

Universitetimizin Kitabxana-İnformasiya Mərkəzi (KİM) tələbə və müəllim heyətinin akademik fəaliyyətini dəstəkləmək, elmi araşdırmaların keyfiyyətini artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək məqsədilə fakültələrdə genişmiqyaslı maarifləndirmə tədbirlərinə start vermişdir. Mərkəzimiz müasir təhsilin tələblərinə uyğun olaraq həm fiziki, həm də rəqəmsal resursları ilə oxucuların xidmətindədir. Kitabxana yalnız kitab saxlancı deyil, həm də dinamik bir araşdırma mərkəzidir. Burada təklif […]

Davamı

Fakültəmizdə müasir iqtisadi trendlər müzakirə olunub: “Dairəvi iqtisadiyyat və ekoinnovasiyalar”

“İqtisadiyyat və idarəetmə” fakültəsinin “İdarəetmə” kafedrasının ­­­­­­­­­­iqtisad üzrə fəlsəfə doktoru, baş müəllimi Həcər Orucovanın müasir dövrün ən aktual iqtisadi modellərindən biri olan “Dairəvi iqtisadiyyat və eko-innovasiyalar: qlobal təcrübə və Azərbaycanın inkişaf perspektivləri” mövzusuna həsr olunmuş elmi-nəzəri seminarı baş tutub. Seminarın əsas məqsədi resurslardan səmərəli istifadə, tullantısız istehsal texnologiyaları və ekoloji innovasiyaların milli iqtisadiyyata inteqrasiyası imkanlarını […]

Davamı

Ömrünü elmə və təhsilə həsr etmiş alim: Zakir Abbasovun xatirəsinə

Gəncə Dövlət Universitetinin kollektivinə ağır itki üz vermişdir. Gəncə Dövlət Universitetinin “İdarəetmə” kafedrasının keçmiş müdiri, tanınmış alim, iqtisad üzrə fəlsəfə doktoru, dosent Zakir Qəşəm oğlu Abbasov ömrünün 80-ci ilində vəfat etmişdir. Zakir Abbasov 1946-cı ildə Gəncə şəhərində anadan olmuş, bütün həyatını doğma şəhərinə və elmin inkişafına həsr etmişdir. O, 1968-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun […]

Davamı

“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş”  dəyirmi masa keçirildi

Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə İqtisadiyyat və idarəetmə fakültəsində dəyirmi masa keçirilmişdir. Tədbir fakültənin həyətində ucaldılmış Ulu Öndərin xatirə abidəsini ziyarət etməklə başlanılıb. Tədbir iştirakçıları abidə önünə tər çiçəklər düzərək, Ulu Öndərin əziz xatirəsinə olan dərin ehtiramlarını bildiriblər. Daha sonra tədbir fakültənin daxilində davam edib. İlk öncə, […]

Davamı

“Qeyri-neft sektorunun dayanıqlılığı: müasir çağırışlar və inkişaf perspektivləri” mövzusunda Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi və Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə iqtisadiyyatın müasir və prioritet istiqamətlərindən biri olan “Qeyri-neft sektorunun dayanıqlılığı: müasir çağırışlar və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbir ölkə iqtisadiyyatının diversifikasiyası prosesində gənclərin elmi potensialını üzə çıxarmaq və onların tədqiqatçılıq qabiliyyətlərini stimullaşdırmaq məqsədi daşımışdır. Tədbiri giriş sözü ilə açan […]

Davamı

İqtisadiyyat və idarəetmə fakültəsində növbəti açıq dərs keçirilib.

İqtisadiyyat və İdarəetmə fakültəsində tədrisin keyfiyyətinin yüksəldilməsi və qabaqcıl metodikaların tətbiqi məqsədilə növbəti açıq dərs təşkil olunub. “İqtisadiyyat” kafedrasının baş müəllimi Rafiq Abbasov tərəfindən “Biznesin idarə edilməsi” ixtisasının I kurs tələbələri üçün “Mikroiqtisadiyyat” fənni üzrə keçirilən dərs “İstehsal xərcləri və mənfəət” mövzusuna həsr edilib. Açıq dərsdə Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, kafedranın nümayəndələri […]

Davamı

Biznesin idarə edilməsi ixtisası tələbələri üçün “Azərbaycanın Neft Strategiyası” mövzusunda açıq dərs

“İdarəetmə” kafedrasının müəllimi Yusif Bayramov “Biznesin idarə edilməsi” ixtisası üzrə təhsil alan II kurs tələbələri üçün “Azərbaycanın neft strategiyası və beynəlxalq biznesdə onun rolu” mövzusunda açıq dərs keçirilmişdir. Dərsdə fakültə dekanı dosent Məsim Abadov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, kafedra müdiri dosent Afəddin Həmidov, fakültə müəllimləri – İqtisad elmləri üzrə fəlsəfə doktoru, baş […]

Davamı

“Scopus” bazasında elmi məqalələrin nəşri mövzusunda seminar keçirilib

“İdarəetmə” kafedrasının müəllimi Gülüstan Fərəcova tərəfindən ilə müəllim və gənc tədqiqatçılar üçün növbəti elmi-nəzəri seminar keçirilmişdir. Seminarın mövzusu müasir akademik mühitdə ən aktual məsələlərdən biri olan “Scopus indeksli jurnallarda elmi məqalələrin yazılması və nəşr prosesi”nə həsr olunmuşdur. Seminar zamanı məruzəçi tərəfindən beynəlxalq bazalarda indekslənən jurnalların tələbləri, akademik yazının strukturu və məqalələrin qəbul prosesini sürətləndirən texniki […]

Davamı

İstehlakçıya gedən ən qısa yol: Pərakəndə ticarətdə kanal inteqrasiyası

İqtisadiyyat və idarəetmə fakültəsində növbəti açıq dərs keçirildi. “Menecment və turizm işi” kafedrasının müəllimi Şərqiyyə Namazova “Marketinq” ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün “Pərakəndə ticarət marketinqi” fənnindən müasir biznes dünyasının ən önəmli trendlərindən biri olan “Çoxkanallı pərakəndəlik” (Omnichannel Retailing) mövzusunda açıq dərs təşkil etmişdir. Dərsdə fakültə dekanı dosent Məsim Abadov, Humanitar işlər üzrə […]

Davamı

“Qeyri-neft sektorunun dayanıqlığı”: İqtisadiyyat və idarəetmə fakültəsində elmi konfrans keçiriləcək

Tələbə Elmi Cəmiyyəti (TEC) ilə İqtisadiyyat və idarəetmə fakültəsinin birgə təşkilatçılığı ilə “Qeyri-neft sektorunun dayanıqlığı: Müasir çağırışlar və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçiriləcək. Müasir dövrdə ölkə iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun rəqabətqabiliyyətliliyinin artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə təşkil olunan konfrans gənc tədqiqatçıların, tələbə və magistrantların elmi potensialını üzə çıxarmaq, onlarda təhlil […]

Davamı