Gündəlik Arxiv: 15 Aprel 2026

Gənc tədqiqatçılar üçün elmin qapıları açılır: Tezis yazmağın sirləri.

Gənc tədqiqatçıların elmi fəaliyyətə marağını artırmaq məqsədilə seminar keçirilib. Tələbə Elmi Cəmiyyətinin (TEC) fakültə üzrə elmi rəhbəri Könül Quliyeva və fakültə TEC sədri Güləsər Musayeva təşkilatçılığı ilə tələbələr üçün “Tezis və elmi məqalələrin hazırlanma metodikası” mövzusunda maarifləndirici təlim baş tutub. Tədbirin əsas məqsədi tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması, onlarda akademik yazı vərdişlərinin formalaşdırılması və beynəlxalq […]

Davamı

Tariximizin izi ilə: tələbələrimiz Cümhuriyyət irsini öyrənir.

İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbələri Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) zəngin irsini daha yaxından tanımaq məqsədilə muzeyə ekskursiya ediblər. Ekskursiya zamanı tələbələrə müsəlman Şərqində ilk demokratik respublikanın qurulma tarixi, o dövrün siyasi və iqtisadi islahatları, həmçinin dövlət rəmzlərinin yaranma prosesi haqqında ətraflı məlumat verilib. Muzeydə nümayiş olunan nadir sənədlər, fotolar və tarixi eksponatlar tələbələrin böyük marağına […]

Davamı

Menecment fənni üzrə açıq dərs: “Problemin səmərəli həlli proseduru və mübahisəli qərarlar”

Fakültəmizin “Menecment və turizm işi” kafedrasının müəllimi  Sevinc Quliyeva“Menecment” fənni çərçivəsində olduqca aktual və praktiki əhəmiyyət kəsb edən “Problemin səmərəli həlli proseduru: Mübahisəli qərar” mövzusunda “Biznesin idarə edilməsi” ixtisasına (II kurs) açıq dərs keçirmişdir. Dərsdə fakültə dekanı, dosent Məsim Abadov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, “Menecment və turizm işi” kafedrasının müdiri, dosent, iqtisad […]

Davamı

Tələbəmiz “İlin tələbəsi” adına layiq görüldü

Gəncə Dövlət Universitetinin “İqtisadiyyat və İdarəetmə” fakültəsinin tələbəsi, AHİK fakültə sədri Qəlbinur Yusifov 2025-ci il ərzində təhsil aldığı müəssisənin TGT-nin həyata keçirdiyi layihələrdə aktiv iştirakına görə fərqlənmişdir. Tələbəmiz, Tələbə Gənclər Təşkilatının (TGT) həyata keçirdiyi müxtəlif yerli və regional layihələrdə, sosial təşəbbüslərdə və intellektual yarışlarda nümayiş etdirdiyi aktiv iştirakına görə “İlin tələbəsi” fəxri adına layiq görülmüşdür. […]

Davamı

Gözlərə işıq, qəlblərə məlhəm olan alim – Zərifə xanım Əliyeva

Azərbaycan elminin parlaq siması, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın vəfatından illər keçsə də, onun işıqlı xatirəsi xalqımızın qəlbində hər zaman olduğu kimi canlıdır. Zərifə xanım sadəcə bir həkim deyil, həm də Azərbaycan qadınının nəcibliyini, humanistliyini və ziyalılığını özündə birləşdirən mənəvi bir simvoldur. Zərifə Əliyevanın elmi fəaliyyəti Azərbaycan tibb tarixində xüsusi mərhələ təşkil edir. O, […]

Davamı