Müəllif Arxivləri: Emiliya Əsgərova

8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub

Gəncə Dövlət Universitetində (GDU) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva  və rektorun baş müşaviri Asif Cavadov çıxış edərək qadınların cəmiyyətdəki önəmli mövqeyindən  və elm, təhsil, mədəniyyət və incəsənət sahələrinin inkişafındakı rolundan bəhs ediblər. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev qadınlara daim yüksək dəyər vermiş, qadın […]

Davamı

AÇIQ DƏRS: “İSTEHLAKÇILARIN DAVRANIŞI VƏ MODELLƏŞDİRİLMƏSİ”

Fakültəmizin “Menecment və turizm işi” kafedrasının müəllimi Flora Nağıyeva “Marketinqin əsasları” fənnindən “Turizm işinin təşkili”, “Turizm bələdçiliyi” ixtisaslarının 2-ci kursunda təhsil alan tələbələr üçün “İstehlakçıların davranışı və modelləşdirilməsi” mövzusunda açıq dərs təşkil etmişdir. Dərsdə istehlakçıların bazar şəraitində qərarvermə mexanizmləri, seçim prinsipləri və onların iqtisadi modellər vasitəsilə izahı ətraflı şəkildə təqdim edilmişdir. Açıq dərs zamanı tələbələrə […]

Davamı

TƏLƏBƏLƏRİMİZ İDMAN MEYDANINDA: “5 mart-Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş tədbir

“5 mart – Bədən tərbiyəsi və İdman Günü” münasibətilə universitetdə genişmiqyaslı tədbir keçirilib. Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunmuş fakültələrarası spartakiadanın bağlanış mərasiminə həsr olunub.Tədbirdə spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışların yekun nəticələri təqdim olunub. Yarışlarda fərqlənərək mükafata layiq yerlər qazanan idmançılar universitetin İdman Klubu tərəfindən fəxri fərman və medallarla təltif […]

Davamı

FUTBOLÇULARIMIZDAN BÖYÜK UĞUR: tələbələrimiz fakültələrarası futbol yarışında II yerə sahib oldular!

Universitetimizdə keçirilən fakültələrarası futbol çempionatı maraqlı anlar və gərgin mübarizə ilə yadda qaldı. Həftələrlə davam edən maraqlı oyunlar silsiləsində fakültəmizi təmsil edən futbol komandası turnirin ən diqqətçəkən və intizamlı kollektivlərindən biri olduğunu sübut etdi. Komandanın daxilində fakültə TGT-nin aktiv tələbələri, idarə heyətinin üzvləri də iştirak edirdi. Turnir boyu qrup mərhələlərini uğurla keçən komandamızın əsl sınağı […]

Davamı

Baharın od nəfəsi: OD ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!

Novruz bayramının mühüm mərhələlərindən biri olan Od çərşənbəsi ölkəmizin hər bir guşəsində böyük qürur və sevinclə qarşılanır. Qədim inanclarımıza görə, bu çərşənbə günəşin hərarətini, təbiətin qış yuxusundan oyanışını və mənəvi təmizlənməni simvolizə edir. Od – istilik, işıq və enerji deməkdir. Bu mübarək gündə alovlanan tonqallar təkcə təbiəti deyil, həm də qəlbimizdəki qurub-yaratmaq eşqini yenidən canlandırır. […]

Davamı

Gəncə Dövlət Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Gəncə Dövlət Universitetində Xocalı faciəsinin 34-cü ildönümünə həsr edilmiş anım tədbirindən öncə rektor Yusif Yusibov və professor-müəllim heyəti rəsm əsərlərinə və  kitablardan ibarət  guşəyə baxış keçiriblər. Anım tədbirində Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarını verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən […]

Davamı

Reklamın gücü və seçimin psixologiyası: fakültədə açıq dərs keçirildi

“Menecment və turizm işi” kafedrasının müəllimi Nərmin Həsənova “Reklam işi” fənnindən “Reklam psixologiyası və istehlakçı davranışı” mövzusunda “Marketinq” ixtisasının 3-cü kurs tələbələrinə açıq dərs təşkil etmişdir. Açıq dərsdə “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı, dos. Məsim Abadov, “Menecment və turizm işi” kafedrasının müdiri i.f.d., dos. Əli Allahverdiyev, kafedranın baş müəllimi, i.f.d. Şahin Qasımov, müəllimi Türkan Rzayeva […]

Davamı

Fakültədə Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbiri keçirildi

Fakültədə Xocalı soyqırımının ildönümü münasibətilə fakültə rəhbərliyi, TGT, TEC, THİK-nın birgə əməkdaşlığı ilə anım tədbiri təşkil olunmuşdur. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Anım tədbirində Humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos. Məsim Abadov, Menecment və turizm işi kafedrasının müdiri […]

Davamı

Su Çərşənbəsi – baharın müjdəçisi

Su Çərşənbəsi Azərbaycan xalqının qədim inanclarına əsaslanan və Novruz bayramına aparan dörd çərşənbənin birincisidir. Xalq arasında “Əzəl çərşənbə” və ya “Gözəl çərşənbə” də adlandırılır. Bu çərşənbə suyun təmizləyici, dirildici və yeniləyici gücünü simvolizə edir.İnanca görə, Su Çərşənbəsində sular təzələnir, təbiət oyanmağa başlayır, insanlar su ilə paklanaraq yeni ilə ruhi və mənəvi hazırlıq görürlər. Bu gün […]

Davamı

Xocalı Soyqırımının Anım Günü ilə bağlı fakültədə tədbir keçiriləcək

Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar fakültəmizdə anım tədbiri keçiriləcək.Tədbirin məqsədi Xocalı faciəsinin tarixi mahiyyətini bir daha xatırlatmaq, bu insanlıq əleyhinə törədilmiş cinayət haqqında gənclər arasında maarifləndirməni artırmaq və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etməkdir. Tədbir 24 fevral 2026-cı il saat 15:00-da təşkil olunacaq. Tədbirdə fakültə rəhbərliyi, professor-müəllim heyəti […]

Davamı