Gənc iqtisadçıların bilik sınağı: “İqtisadçı” intellektual bilik yarışı
Fakültə rəhbərliyi, TGT, TEC, THİK-nın birgə əməkdaşlığı ilə tələbələrin iqtisadi biliklərinin artırılması, analitik düşüncə və sağlam rəqabət mühitinin formalaşdırılması məqsədilə “İqtisadçı” intellektual bilik yarışı təşkil olunmuşdur. Yarışın aparcısı və təşkilatçılarından olan “İdarəetmə” kafedrasının müəllimi Yusif Bayramov iştirakçılara yarışın qaydalarını izah etmişdir. Yarış zamanı iştirakçılar iqtisadiyyatın əsas anlayışları, bazar münasibətləri, maliyyə savadlılığı və aktual iqtisadi mövzular, […]
