Reklamın gücü və seçimin psixologiyası: fakültədə açıq dərs keçirildi
“Menecment və turizm işi” kafedrasının müəllimi Nərmin Həsənova “Reklam işi” fənnindən “Reklam psixologiyası və istehlakçı davranışı” mövzusunda “Marketinq” ixtisasının 3-cü kurs tələbələrinə açıq dərs təşkil etmişdir. Açıq dərsdə “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı, dos. Məsim Abadov, “Menecment və turizm işi” kafedrasının müdiri i.f.d., dos. Əli Allahverdiyev, kafedranın baş müəllimi, i.f.d. Şahin Qasımov, müəllimi Türkan Rzayeva […]
